8 yaşlı azərbaycanlı qız Rusiyada Sebastian Baxın əsərini ifa etdi – VİDEO


8 yaşlı azərbaycanlı Aylin Məlikova pianodakı ifaları ilə beynəlxalq müsabiqələrdə iştirak edir.
Yeniavaz.com xəbər verir ki, A. Məlikova hazırda Moskvada yaşayır və ikinci sinifdə oxuyur. 3 yaşından etibarən musiqi ilə məşğul olan Aylin artıq bir sıra müsabiqələrdə iştirak edib və yer qazanıb.

O ilk dəfə 2017-ci ildə Moskvada Boris Leonidoviç Pasternak adına uşaq musiqi məktəbində keçirilən II Beynəlxalq Gənc İfaçılar Festivalında iştirak edib və 6 yaşa qədər olan ifaçılar arasında 3-cü yerə layiq görülüb.

A. Məlikova 2019-cu ildə isə Moskvada, Frederik Şopen adına uşaq musiqi məktəbində keçirilən və Rusiya ilə Çinin birgə təşkil etdiyi IV Beynəlxalq Müsabiqədə instrumental musiqi alətləri kateqoriyasında 3-cü yerə layiq görülüb. O burada 10 yaşa qədər olan iştirakçılar ilə mübarizə aparıb.

Son olaraq bu yaxınlarda “Kantelina” Kamera Orkestrında çıxış edən A. Məlikova burada dünyaca məşhur bəstəkar Yohan Sebastian Baxın “BWV 1056” adlı əsərini pianoda ifa edib. O, Moskvada keçirilən konsertdəki bu ifasına görə mükafatlandırılıb.
Sözügedən konsertdən həmin hissəni təqdim edirik:

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top