Tural Yusifov: "Veriliş hazırlayan adam gərək düşünsün ki, anam, həyat yoldaşım bunu izləyər?" - VİDEO


İTV-də yayımlanan “3D” verilişinin növbəti qonağı "Avtostop" layihəsinin rəhbəri Tural Yusifov olub.
Yeniavaz.com xəbər verir ki, Tural Yusifov Dadaş Dadaşlinskinin suallarını cavablandırıb. Radio aparıcısı bu gün televiziya və radio verilişlərindəki problemlərdən danışıb:
"Birinci məsələ budur ki, televiziya rəhbərləri evdə öz ailəsi ilə birgə verilişləri izləyirmi? Efirə gedən bəzi verilişlər 80-ci illərin sonunda ABŞ televiziyalarında yer verilən layihələrdir. İnsan gərək özünə stop deməyi bacarsın və desin ki, bu verilişə mən baxaram? Mənim anam bu verilişə baxar? Həyat yoldaşım bu verilişi izləyər? Mən televiziyada öz ailəmə layiq bildiyim verilişləri göstərməliyəm ki, ailəm mənə görə utanmasın. Mən Zaur Kamalı, Zaur Baxşəliyevi, Xoşqədəm xanımı istedadsız hesab etmirəm ancaq düşünürəm ki, onlar daha yaxşı, daha maraqlı verilişlər hazırlaya bilərlər".
Tural Yusifov onun barəsində deyilən "efirdə kobudluq edir" ifadəsinə də münasibət bildirib: "Dünya radio təcrübəsində bəzi aparıcılar hətta öz dinləyicilərini təhqir ediblər. Mən heç kəsə qarşı kobudluq etməmişəm. Mənim sadəcə sərt reaksiyam olur. Bəzi adamlar efirə çıxıb deyir ki, mən içkili idim, yol polisi saxladı. Adamda üz olar, sən bu səhvi etmisən hətta efirə də çıxıb deyirsən. Belə hallarda sərt reaksiya verirəm".

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top