Tərtərdə doğuş zamanı körpə öldü


Tərtərdə doğuş zamanı ölüm hadisəsi baş verib.
Hadisə Tərtər Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.
Rayon sakini Səbinə Mehdiyeva doğuş məqsədi ilə xəstəxanaya daxil olub.
Doğuş zamanı körpə ölüb.
Həmin faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.(APA)

DİGƏR XƏBƏRLƏR

Top