Kırımda sürücü polisi avtomobil ilə belə sürüdü - VİDEO


Krımda sərxoş sürücü, ona dayan əmrini verən yol polisini avtomobilindən asılı vəziyyətdə yol boyu sürüyüb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Krımın Rusiyaya bağlı ərazisi olan
Krasnoqvardeiskoe bölgəsində  yerləşən  Oktyabr qəsəbəsində baş verib. Yol polisi əməkdaşı Artyom Kuliş  yol qaydasını pozan avtomobil sürücüsünə saxla əmrini verib və ondan sənədlərini istəyib. Sənədləri vermək istəməyən sürücü qaçmağa çalışıb. Bu zaman sürücüyə xəbərdarlıq edən polis avtomobilin qapısından tutub. Buna əhəmiyyət verməyən sürücü avtomobilini sürməyə davam edib. Avtomobil hərəkət edərkən bir müddət qapısından asılı qalan A.Kuliş sürücüyə mane olaraq avtomobili dayandıra bilib. Hadisə yerinə gələn digər yol polisi əməkdaşları sürücünün sərxoş olduğunu müəyyən ediblər.
Qeyd edək ki, 33 yaşlı sərxoş sürücü polislər tərəfindən saxlanılıb.


Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top