Prezident Elşad Mirbəşirə vəzifə verdi - SƏRƏNCAM

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinə yeni üzv təyin edilib. 

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyev Elşad Mirbəşir oğlunun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Elşad Mirbəşir oğlu siyasi elmlər üzrə fəlsəfə doktoru, tanınmış siyasi şərhçidir.

Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzi ölkə başçısının fərmanı ilə bu ilin fevralın 8-də yaradılıb və İdarə Heyətinin sədri millət vəkili Zahid Orucdur.

DİGƏR XƏBƏRLƏR

Top