Azərbaycanda meşədən asılmış qadın meyiti tapılıb


Balakəndə meşədən meyit tapılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə rayonun “Beşbulaq” adlanan ərazisində qeydə alınıb. Meşə massivində ağacdan asılmış qadın meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan qadının Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Mehdiyeva Biçə Vaqif qızı olması müəyyən edilib. Onun intihar etdiyi ehtimal edilir.
Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top