Vizasız gediş-gəlişlə bağlı sənəd təsdiqləndi

Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokol müzakirəyə çıxarılıb. 

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, məsələ səsverməyə çıxarılaraq qəbul edilib. 

Sənəddə Qazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində olma müddətinin 30 gündən 90 günə qədər uzadılması, eləcə də, 30 gün müddətinə qeydiyyata alınmadan azad olunması nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top