Azərbaycan Kuboku: "Qarabağ"ın rəqibi bəlli olacaq


Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda mübarizəyə start veriləcək.
İlk oyun günündə 1/8 final mərhələsinin 4 görüşündən biri keçiriləcək. "ASCO Arena"da "Keşlə" I Divizion təmsilçisi "Kəpəz"lə üz-üzə gələcək.
Hazırda "Keşlə" Premyer Liqada 2-ci, "Kəpəz" isə I Divizionda 5-ci pillədə qərarlaşıb. Bu mərhələdə qalib bir oyunluq mübarizə nəticəsində müəyyənləşir. Cütün üstün tərəfi növbəti mərhələdə "Qarabağ"a rəqib olacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin qalan 3 görüşü dekabrın 4-də keçiriləcək.

Azərbaycan Kuboku, 1/8 final

3 dekabr (çərşənbə axşamı)

15:00. "Keşlə" – "Kəpəz"

Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Ruhulla Kərimov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“ASCO Arena”, 15:00 ("CBC Sport"/canlı)

DİGƏR XƏBƏRLƏR

Top