Məşhur supermarketdə yarım ton zay məhsul aşkarlandı - RƏSMİ


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin,  o cümlədən bitki mühafizəsinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Yeniavaz.com xəbər verir ki,bu barədə AQTA məlumat yayıb. 
AQTA tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı “Araz Supermarket” MMC tərəfindən Türkiyədən ölkə ərazisinə  idxal edilən naringi məhsuluna baxış keçirilib. 
Baxış zamanı məhsulun zərərli orqanizmlərlə sirayətləndiyi müşahidə  edilib və zərərli orqanizmlərin təyin olunması məqsədi ilə  nümunələr götürülərək, Azərbaycan  Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Laborator müayinələri nəticəsində naringi məhsulundan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən  Sitrus unlu yastıcası (Pseudococcus gahani Green) aşkar olunub.  Bildiririk ki, Sitrus unlu yastıcası respublika üçün xarici karantin hesab edilir.
Qeyd edək ki, xarici karantin hesab edilən zərərli  orqanizmin – Sitrus unlu yastıcasının respublika ərazisində yayılmasının qarşısının alınması üçün dərhal fitosanitar tədbirlər həyata keçirilib, zərərli orqanizmlərlə sirayətlənmiş məhsulun məhv edilməsi barədə qərar verilib.
Zərərvericilərlə sirayətlənmiş 500 kq naringi “Araz Supermarket” MMC-nin və Agentliyin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər tullantıları poliqonunda məhv edilib.
Sonda məlumat üçün bildirilib ki,  sözügedən zərərli orqanizm məhsulun keyfiyyətini və görnüşünü aşağı salmaqla yanaşı respublika ərazisində yayıldığı təqdirdə məhsuldarlığın aşağı düşməsinə, bəzən isə sahib bitkilərin (sitrus bitkilərinin) tamami ilə məhv olmasına səbəb olur.
 

DİGƏR XƏBƏRLƏR

Top