“LIBRAFF” fəaliyyətini dayandırır? - Mağazalar şəbəkəsinin rəhbərindən AÇIQLAMA


“Təcrübə göstərdi ki, marketə girən müştəri kitab almağa meyilli olmur. Bu biznesdir, hər zaman uyğun addımlar atmaq lazımdır”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri “LIBRAFF” mağazalar şəbəkəsinin rəhbəri Cəlalə Nəzəroğlu öz feyzbuk səhifəsində yazıb. Bununla da o, mağazlar şəbəkəsinin yalnıca “Bravo” marketlərində yerləşən filiallarının bağlanacağını bildirib: “"LIBRAFF" bağlanmır. Yalnız "Bravo" marketin içində olan mağazaları bağlamışıq. Yeni strategiyamıza əsasən, marketlərdə kitab mağazaları saxlamayacağıq. Təcrübə göstərdi ki, marketə girən müştəri kitab almağa meyilli olmur. Bu biznesdir, hər zaman uyğun addımlar atmaq lazımdır”.
C. Nəzəroğlu bildirib ki, bağlanan mağazların əvəzində şəhərin iki ən yaxşı yerində böyük və yüksək səviyyəli mağaza açılacaq.
Xatırladaq ki, bu gün Xətai rayonunda və metronun 20 Yanvar stansiyasının yaxınlığındakı “Bravo” marketlərində olan “LIBRAFF” kitab mağazaları bağlanmış və , yaxın vaxtlarda LIBRAFF-ın daha bir neçə mağazasının fəaliyyətini dayandıracağı iddia edilmişdi.
Qeyd edək ki, bu ilin sentyabr ayında, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus olduğu iddia edilən “LIBRAFF” mağazalar şəbəkəsinə, tanınmış aparıcı Cəlalə Nəzəroğlu rəhbər təyin edilmişdi. O bu vəzifəyə təyin edildikdən sonra feyzbuk vasitəsilə T. Heydərova təşəkkür etmişdi.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top