MSK Gəncədə polis üçün seminar keçirib


Gəncədə Mərkəzi Seçki Komissiyası(MSK) tərəfindən Polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan seminar keçirilib.
Gəncə şəhər Baş Polis İdarəsində keçirilən seminarda MSK, Daxili İşlər Nazirliyinin, rayon polis şöbələrinin nümayəndələri və Dairə Seçki Komissiyasıyaların sədrləri iştirak ediblər
Seminarda çıxış edən Gəncə şəhər baş polis idarəsinin rəisi Əkbər İsmayılov seminar iştirakçılarını salamlayaraq qeyd edib ki , Gəncə polisi 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində bütün qüvvəsilə seçicilərin  təhlükəsizliyini təmin edəcək. Mərkəzi  Seçki komissiyasının üzvü Bəxşeyiş Əsgərov çıxışında seçki qanunvericiliyi, seçki komisiyasıyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə  fəaliyyəti barədə danışıb. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Hamlet Hümbətəliyev tədbir iştirakçılarına seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri barədə məlumatlar verib.

Tədbirin sonunda iştirakçilarıni maraqlandıran suallara ətraflı cavab verilib.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top