Qarabağda işğalçı ordunun bir əsgəri ölüb, digəri yaralanıb


Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində işğalçı Ermənistan ordusuna məxsus hərbi hissələrin birində erməni hərbçisi ölümcül güllə yarası alıb. 
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı əsgər Artur Adjamyanın hansı şəraitdə öldürülməsi hələlik məlum deyil.
Başqa bir erməni hərbçisi 20 yaşlı David Məlikbəyov isə ağır yaralanıb.
Hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top