Bakıda gənc müəllimi küçədə bıçaqladılar


Bakıda gənc bıçaqlanıb.
Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Bakı şəhər sakini, Suraxanı rayonu 131 saylı orta məktəbin idman müəllimi, 1996-cı il təvəllüdlü Əhmədov Çingiz Vaqif oğlu gecə saatlarında Xətai rayonu, Babək prospekti 23/47 ünvanında tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı cinayət işi başlanıb.(trend)

DİGƏR XƏBƏRLƏR

Top