MDB-də ən yüksək əmək haqqını kimlər alır? - SİYAHI


Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında ən çox əmək haqqı Rusiyada verilir.
Yeniavaz.com-un MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, 2019-cı ilin yanvar-avqust aylarında Rusiyada orta aylıq əmək haqqı 720 dollara (46 min 112 rubl) bərabər olub. Rusiyadan sonra ikinci sırada Belarus qərarlaşıb. Bu ölkədə orta aylıq əmək haqqı yanvar-sentyabr aylarında 510 dollar (1068,5 rubl) olub.
Azərbaycan bu siyahıda 6-cı sırada yer alıb. Ölkəmizdə orta aylıq əmək haqqının məbləği yanvar-sentybar aylarında 355 dollar (603,5 manat) olub.
MDB-nin digər ölkələrinə gəldikdə isə orta aylıq əmək haqqı Ermənistanda 374 dollara (178 min 633 dram), Qazaxıstanda 470 dollara (181 min 881 tengə), Qırğızıstanda 236 dollara (16 min 451 som), Özbəkistanda 233 dollara (2 milyon  213 min 400 som), Ukraynada 427 dollara (10 min 260 qrivna), Tacikistanda isə 137 dollara (1328 somoni) bərabər olub.
MDB-də orta aylıq əmək haqqı və artım tempi
Ölkələr Əmək
haqqı
Nominal
artım
Rusiya 720 $  (46 112 rubl) 7,2 %
Belarus 510 $  (1068,5 rubl) 14,1 %
Qazaxıstan 470 $  (181 881 tengə) 14,6 %
Ukrayna 427 $  (10 260 qrivna) 19,2 %
Ermənistan 374 $  (178 633 dram) 5,9%
AZƏRBAYCAN 355 $  (603,5 manat) 11,7 %
Qırğızıstan 236 $  (16 451 som) 4,6 %
Özbəkistan 233 $  (2 213 400 som) 31,2 %
Tacikistan 137 $ (1328 somoni) 10,8 %
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top