Azərbaycanda QİÇS-ə qadınlar yoxsa kişilər daha çox yoluxub? - AÇIQLAMA


Avropa regionunda olduğu kimi Azərbaycanda da İİV-ə yoluxma halları qadınlara nisbətən kişilər arasında daha çox müşahidə edilir.
Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib. 

Onun sözlərinə görə, qərbdə QİÇS halları azalır, amma şərqdə azalma halları olmasa da, yoluxmada sabitləşmə müşahidə edilir: “İİV-in gecikmiş diaqnostikası problem olaraq qalır. 2020-ci il üçün nəzərdə tutulmuş “90-90-90” hədəfinə nail ola bilmirik. Bu hədəfə görə, İİV-li insanların müalicəyə cəlb olunma göstəricisi 90 faizə, diaqnozun qoyulması 90 faizə, virusun insanlar arasında azalma göstəricisi 90 faizə çatmalı idi”. 

Mütəxəssis qeyd edib ki, hazırda virus yükünün azalması təxminən 73 faizə çatıb: “Çalışmalıyıq ki, birgə əməkdaşlıqla Azərbaycanda da bu hədəflərə nail olaq”.

C.Süleymanova qeyd edib ki, bu ilin sonuna kimi ÜST tərəfindən İİV-in müayinəsi  ilə bağlı yeni tövsiyələrin təsdiqi gözlənilir. Bu tövsiyələr ilin axrına kimi təsdiq olunarsa, gələn ildən Səhiyyə Nazirliyi və QİÇS mərkəzi ilə birgə yeni müayinə protokolları hazırlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top