Məmmədyarov Mnatsakanyanla görüşəcək

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək görüşün vaxtı və yeri açıqlanıb. 

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, dekabrın 4-də Bratislava şəhərində keçiriləcək ATƏT-in Nazirlər görüşü çərçicvəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top