İnternetin qiyməti qalxır? - Nazirlikdən AÇIQLAMA


Azərbaycanda internetin qiymətinin artması ilə bağlı bəzi mətbuat səhifələrində məlumatlar yayılıb. İddialara görə, gələn il internetin qiyməti qalxacaq.

Yeniavaz.com Modern.az-a istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Günel Gözəlova qiymətlərdə dəyişiklik olmadığını bildirib:

“Hazırda bununla bağlı hər hansı yenilik, dəyişiklik yoxdur. Müvafiq instansiyalar gələn il aidiyyatı üzrə hər hansı təkliflə çıxış etsə, hər halda məsələyə baxıla bilər. Hazırda internetin qiymətinin qalxması məsələsi gündəmdə deyil”.

DİGƏR XƏBƏRLƏR

Top