Goranboyda evdə partlayış: 4 yaralı


Goranboy rayonunda fərdi yaşayış evində partlayış baş verib. 

Hadisə rayonun Kəpənəkçi kəndində qeydə alınıb.

Hadisə nəticəsində evdə olan dörd nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

Yaralılardan üçünün azyaşlı olduğu bildirilir. 

Xəsarət alanlar rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

İlkin məlumata görə, partlayış qaz sızmasında baş verib.

Faktla bağlı araşdırma başlanılıb.//APA

 

DİGƏR XƏBƏRLƏR

Top