Gəncə hadisələrinə görə həbsdə olan şəxsin səhhətində problem yaranıb? AÇIQLAMA


Gəncə hadisələrinə görə həbs olunan və məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrum olan Elvin Nəzərovun səhhətində problem yaranıb.

Bu barədə onun həyat yoldaşı Şəbnəm Nəzərova APA-ya bildirib. Onun sözlərinə görə, Elvin Nəzərovun səhhəti 3 gündür pisləşib: "Cəza çəkdiyi 2 saylı müəssisədə ona ağrı kəsicilər vurulub. Başında kəskin ağrılar var və sol qolunu tərpədə bilmir".

Məsələ ilə bağlı APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, məhkumların müalicə və müayinəsi Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən həyata keçirilir: "Elvin Nəzərov dəfələrlə həkim nəzarəti altında olub və mütəxəssislər bir neçə dəfə  ona gəlib baş çəkiblər. Həkimlərin qərarından asılı olaraq onun müalicə müəssisəsinə köçürülməsi barədə rəy verilə bilər. Ola bilər ki, Elvin Nəzərovun cəzaçəkmə müəssisəsi daxilində ambulator şəkildə müalicəsi aparılsın. Bununla bağlı son qərarı həkimlər verəcək".

DİGƏR XƏBƏRLƏR

Top