
Şəmkirdən 5 nəfərin ölümü ilə nəticələnən qəzada avtomobillərdən birinin - "Mitsubishi Pajero"nun sürücüsü Abdıyev Tural saxlanılıb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, sürücünün ifadəsi alınıb.
Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir, faktla bağlı araşdırma başlanılıb.
***1 dekabr, saat 23:51
Şəmkirdə yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
Şəmkir rayon sakinləri - 2018-ci il təvəllüdlü Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci il təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-cü il təvəllüdlü Orucova Rəsmiyyə Nürəddin qızıdır.
***1 dekabr, saat 22.13
Şəmkir - Gədəbəy avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə avtomagisrtalın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mitsubishi Pajero" ilə “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki kişi, iki qadın və bir azyaşlı olmaqla, 5 nəfər ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir, faktla bağlı araşdırma başlanılıb. //APA

Tətbiqimizi yükləyə bilərsiniz