Azərbaycanda narkotik çəkən, dilənçilik edən, küçəyə atılan uşaqların SAYI


Cari ilin birinci yarısında yetkinlik yaşına çatmayanların işləri üzrə müfəttişlikdə qeydiyyatda olan uşaqların sayı 2320 nəfər olub. Bunlardan 312 nəfəri qız, 2008 nəfəri isə oğlandır.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, qeydiyyatda olan uşaqların 924 nəfəri 14 yaşadək, 1396 nəfəri isə 14-17 yaş aralığındadır.
Qeydiyyatda olan uşaqların 432 nəfəri məşğulluğu olmayanlar, 587 nəfəri təhsildən yayınanlardır. Həmçinin 8 uşaq spirtli içki və başbulandırıcı maddə, 5 uşaq narkotik vasitələr və psixotrop maddələr qəbul edənlərdir.
25 uşaq valideyn himayəsindən məhrum olub. 7 uşaq atılıb və ya imtina edilib. 285 uşaq dilənçiliklə məşğuldur. 16 uşaq küçədə işləyir.
Bundan əlavə, 2019-cu ilin birinci yarısında İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb edilən uşaqların sayı 185 nəfər olub. (azvision.az)

DİGƏR XƏBƏRLƏR

Top