Rəfael Piriyev Fransada özünü doğradı


Avropada miqrant həyatı yaşayan Rəfael Piriyev bu dəqiqələrdə intihara cəhd edib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə demokrat.az-a Avropada yaşayan azərbaycanlılardan məlumat daxil olub. 
Məlumata görə, hadisə bu gün Fransada baş verib. Belə ki, Rəfael Piriyev özünə bıçaqla xəsarətlər yetirib. 
İlkin ehtimala görə, Rəfael Piriyev Azərbaycana deportasiya olunmamaq üçün bu addımı atıb. Bildirilir ki, intihara cəhd edən azərbaycanlı miqrant Rəfael Piriyev Parisdə yerləşən həbsxananın tibb məntəqəsinə yerləşdirilib. 
Məlumata görə, sözügedən həbsxana Parisdə hava limanına yaxın ərazidə yerləşir. Rəfael Piriyevin özünə xəsarət yetirməsi ilə əlaqədar onun deportasiyası müvəqqəti dayandırılıb. 

 

DİGƏR XƏBƏRLƏR

Top