81 yaşlı millət vəkili: "Hələlik yorulmamışıq"


Milli Məclisin deputatı, parlamentin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının Fəttah Heydərov növbədənkənar parlament seçkilərində namizəd olacağını istisna etməyib.

Deputat növbədənkənar parlament seçkilərində yenidən iştirak edib-etməyəcəyi məsələsinə münasibətini bildirərkən  “hələlik yorulmamışıq” deyib. 
Bununla yanaşı F.Heydərov bu məsələdə tələsməyə luzum  görməyib: “Tələsik fikir söyləməyə də ehtiyac yoxdur”.
Qeyd edək ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 81 yaşlı atası olan Fəttah Heydərov 1995-ci ildən bu yana 5 çağırışdır MM-də təmsil olunur. O, parlamentdə Qəbələ rayonunu təmsil edir. (etikxeber.az)
 

DİGƏR XƏBƏRLƏR

Top