Bərdədə ağır qəza: Çox sayda yaralı var - FOTOLAR

Bərdə rayonunda baş verən yol qəzasında sürücülər və bir neçə sərnişin xəsarət alıb. 

Hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb. 

Qəza zamanı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü olmaqla altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

Bunlar Bərdə rayon sakinləri Ramazanov Sərxan Əlikram oğlu, Qurbanov Elnur Dəmir oğlu, Suleymanova Tahirə Məhiyyəddin qızı, Məmmədov Elman Əjdər oğlu, İsmaylova Zəminə Səməd qızı, İsmaylov Xankişi Elçin oğludur. 

Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 

 






oxu.az

DİGƏR XƏBƏRLƏR

Top