Bakıda yanğın olub, 7 nəfər tüstüdən zəhərlənib


Bu gün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Qulyiev küçəsində yerləşən beşmərtəbəli yataqxanada yanğın olub.
Saat 12:30 radələrində başlayan yanğının qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.
Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 5-ci mərtəbəsində başlayıb. Nəticədə 2 otaq yanıb. Tüstüdən boğulmaq təhlükəsi ilə üzləşən biri 15 günlük körpə olmaqla, 4 nəfər binanın damından Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikasından istifadə edilməklə xilas edilib.

 

Ümumilikdə, yanğın zamanı 7 nəfər tüstüdən zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib.

DİGƏR XƏBƏRLƏR

Top