İŞİD Londonda törədilmiş hücuma görə məsuliyyəti öz üzərinə götürüb


Londonda iki nəfərin ölümünə səbəb olan terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, cümə günü London körpüsü yaxınlığında bıçaqlı şəxsin hücumu nəticəsində bir qadın və bir kişi ölüb, daha üç nəfər yaralanıb. Polis şübhəli şəxsi zərərsizləşdirib, hazırda fakt terror aktı kimi araşdırılır.

Polisin açıqlamasına görə, hücum edən şəxs Staffordşir qraflığında yaşayan 28 yaşlı Usman Xan olub. O, bənzər əməlləri ilə polisə çoxdan məlum imiş: 2012-ci ildə terrorçu əməllərinə görə həbs olunub, 2018-ci ildə isə azad edilib.//APA

DİGƏR XƏBƏRLƏR

Top