Həbib Nurməhəmmədovun əmisi oğlu rəqibini nokauta göndərdi - VİDEO


Qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Usman Nurməhəmmədov ukraynalı rəqibi Roman Qolovin üzərində texniki nokautla qələbə qazanıb.
Döyüş ötən gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilib. 3 dəqiqə 20 saniyə davam edən qarşılaşma Nirməhəmmədovun davamlı zərbələrindən sonra dayandırılıb.
Döyüşü izləyənlər arasında UFC çempionu, Usman Nurməhəmmədovun əmisi oğlu Həbib Nurməhəmmədov da olub. 
21 yaşlı Usman Nurməhəmmədov keçirdiyi 8 döyüşün hamısını qələbə ilə başa vurub.

(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top