Oğurluq edən zaman tutulmamaq üçün görün hansı üsuldan istifadə edib


Noyabrın 26-da saat 2 radələrində Səbail rayonu ərazisindəki hostellərin birində 4 nəfərin oranın icarədarı olan Pakistan vətəndaşının içərisində 3000 ABŞ dolları olan çantasını açıq talama yolu ilə aparması barədə 9-cu polis bölməsinə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a daxil olan məlumata görə, zərərçəkmiş bildirib ki, onlardan birini saxlamaq istəyərkən həmin şəxs onun əlini dişləyib hadisə yerini tərk edib. 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törədən şəxslər qısa müddətdə müəyyən edilib. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Əsgərov və qrupun digər üzvləri – Göyçay, Salyan və Bakı şəhər sakini olan 3 yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar da varsa DİN-in "102” xidmətinə, həmçinin ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top