Napoleonun çəkmələri 117 minə satıldı - FOTO


Paris Druout auksion evində Napoleon Bonapartın məşhur çəkmələri 117 min avroya (təxminən 219 min AZN) satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə hərrac evinin rəsmi “Twitter” hesabında yazıb.
Məlumata görə, çəkmələr təbii dəridən hazırlanıb və hündürlüyü 48 sm-dir. Üzərində parisli çəkməçi Jakın möhrü olan çəkmələrin ölçüsü 40-dır.
Qeyd edək ki, alıcının adı açıqlanmayıb. Lakin hərrac evi, ilk imperiyanın pərəstişkarlarının hələ də çox olduğunu qeyd edib.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top