Bazar günü hava necə olacaq?


Dekabrın 1-nə gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yeniavaz.com-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10°, gündüz 12-15° isti, Bakıda gecə 8-10°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq, Qərb küləyi  arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top