Fransada barmaqla göy üzünü göstərən müsəlmanlar həbs edildi - SƏBƏB


Fransada iki çeçen barmaqları ilə göy üzünü göstərib, selfi çəkmək istəyərkən polis tərəfindən saxlanılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Fransanın Strazburq şəhərində barmaqları ilə göy üzünü göstərən iki müsəlmanın terrorizmə dəstək verdikləri bildirilib. Səbəb isə şübəhlilərin həmin işarə ilə selfi çəkdikləri yerin keçən il 5 nəfərin ölümünə səbəb olan hücumun baş tutduğu yer olması göstərilib. Polis həmçinin bildirib ki, barmaqla göy üzünü göstəmək İŞİD-ə aiddir və ölkələrində xüsusi yerlərdə bəhs edilən işarədən istifadə etmək "terrorizmə dəstək" sayılır.
Qeyd edək ki, keçən il noyabr ayının 11-də həmin bölgədə baş vermiş terror aktı nəticəsində 5 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdı.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top