ABŞ-da polis şübhəlini güllələyərək öldürdü - ANBAAN VİDEO


ABŞ-ın Oklahama ştatında polisin şübhəlini öldürdüyü görüntülər yayılıb.
Yeniavaz.com nypost.com-a istinadla xəbər verir ki, ABŞ-ın Oklahama ştatında bir nəfər nasaz avtomobilini təmir edərkən hadisə yerinə polis yaxınlaşır və həmin şəxsi həbs etmək istəyir. Haqqında cinayət işi açıldığı bildirilən şəxs isə təslim olmaq istəmir. Bu vaxt polis silahını çıxararaq cinayətkarı həbs etməyə cəhd edir. Həmin şəxsin şübhəli hərəkət etdiyini görən polis, onun silah çıxardığını düşünərək dəfələrlə atəş açır. Hadisə nəticəsində cinayətkar dünyasını dəyişir. Həmin anlar polisin təhlükəsizlik kameraları tərəfindən qeyd edilir.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top