İlham Əliyev Süleyman İsmayılova yüksək vəzifə verdi - SƏRƏNCAM


Süleyman Abbas oğlu İsmayılov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib.

Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, S.İsmayılov bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş üzrə söbəsinin müdiri vəzifəsində işləyib. 

DİGƏR XƏBƏRLƏR

Top