Mingəçevir sakininin sizin köməyinizə ehtiyacı var - VİDEO


Mingəçevir sakini Durna Rüstəmova Yeniavaz.com-a müraciət edərək serebral iflic olan əlil övladının əməliyyat olunması üçün dövlət qurumlarından kömək isəyir. Durna Rüstəmova bildirir ki, oğlu serebral iflic xəstəliyindən əziyyət çəkir. 5 il uşaq nə danışmayıb, nə də yeriməyib. Oğlu ev şəraitində 8 ci sinifə qədər əhsil alıb. İndi artıq yeriyə bilmədiyindən məkəbə gedə də bilmir. Durna deyir ki, oğlu ayağından iki dəfə əməliyyat olunub. Ana tək qadın olduğuna görə artıq oğlunun müalicəsi üçün imkanı çamadığını deyir. Ev şəraitləri də yaxşı olmadığına görə( istilik sistemi yoxdur) uşağın xastəliyi daha da ağırlaşır. Bildirir ki,aldığı əmək haqqı övladının iynə-dərmanlarına kifayət etmir. Ona görə də dövlət qurumlarından kömək istəyir. Əlaqə nömrəsi: 051-752-54-54

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top