Ana əlil övladı üçün imkanlı şəxslərdən kömək istəyir


Daim imkansız, maddi yardıma ehiyacı olan vətəndaşlar haqqında yazaraq məlumat verir, onların probleminin həllinəsəsinin dövlət qurumlarına çatdırılmasına çalışırıq. Belə köməksiz insanlardan biri də Mingəçevir M.Füzuli 17/85 ünvanında yaşayan iki azyaşlı qız anası Ruhiyyə Yusifovadır.
O, Yeniavaz.com saytına müraciət edərək problemləri ilə bağlı imkanlı şəxslərdən kömək istədiyini bildirib. Qeyd edək ki, R. Yusifova 4 il ailəli olub və iki qız övladı var. 2013 cü ildə həyat yoldaşı iki qız uşağı ilə onları evdən qovub. R. Yusifovanın əsas problemi 9 yaşlı qızının doğuş zamanı həkimlərin səhvi ucbatından sağ qolunun çıxığı ilə doğulmasıdır. İndi bu uşağın əməliyyata ehtiyacı var. Uşağın qolu onu çox incitdiyindən normal yazı yazıb, dərslərini hazırlaya bilmir. Ana bildirir ki, qızının qolu qüsurlu olduğuna görə uşaq yaşıdları arasında utancaqlıq çəkir.
Ana bildirir ki, övladının əməliyyatı Türkiyə və Almaniyada mümkündür. Bu əməliyyata isə onun imkanı yoxdur. Ona görə də R. Yusifova üzünü imkanlı şəxslərə tutub qızının əməliyyatı üçün  kömək istəyir. Məhkəmə prosesindən sonra iki uşağa 120 manat məbləğində aliment kəsilib. Lakin həyat yoldaşı uzun illər alimentdən yayınaraq ailəyə heç bir kömək etməyib. İmkansız ana bildirir ki, yaşadığı kirayə mənzilin pulunu da ödəyə bilmir. İki azyaşlı məktəbli qızlarını oxutmaqda da çətinlik çəkir.
Ruhiyyə Yusifovanın əlaqə nömrəsi: +994 55 742 36 89
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top