Bitərəf deputatlar da parlamentin buraxılmasını istəyir


Milli Məclisdə təmsil olunan bitərəf deputatlar iclas keçiriblər.

İclasda bitərəf deputatlar parlamentin buraxılması ilə əlaqədar Milli Məclisə müraciət etmək barədə qərar qəbul ediblər.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası da parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.
Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini açıqlayıb. Noyabrın 28-də YAP üzvü olan deputatlar məsələ ilə bağlı Milli Məclisə müraciət ediblər. (APA)

DİGƏR XƏBƏRLƏR

Top