Cümşüd Nuriyev qadınlardan ÜZR İSTƏDİ: “Bütün qadınlar mənə əzizdir”


İTV-də yayımlanan “3D” verilişinin budəfəki qonağı politoloq Cümşüd Nuriyev olub.
Yeniavaz.com xəbər verir ki, aparıcı Dadaş Dadaşlinski politoloqa Qarabağ savaşı zamanı döyüşən qadınlardan ibarət batalyonun üzvlərinə qarşı səsləndirdiyi ifadələrlə bağlı suallar ünvanlayıb.
C.Nuriyev həmin gün dediyi sözlərin kontekstdən çıxarıldığını bildirdi: “Həmin gün söhbət bilavasitə parlamentə hücumdan gedirdi. O vaxt millət vəkili kimi tək mən orada idim. O,vaxt keçirdiyim emosiyanı yenidən yaşadım. İnsan emosional vəziyyətdə olanda beyni ilə dili arasında müəyyən problem yaranır. Ərindən boşanmaq məsələsinə gəlincə, o qadınları tanıyırdım. Söylədiyim fikir həmin anda kadrlara baxa-baxa söylədiyim fikirlərdir. Saytlar mənim dediyim sözləri verir. Orada konkret xanım Xəlilovanın başçılıq etdiyi batalyonu demək istədim. Oradakı qadınların heç biri döyüşməmişdi”.
Daha sonra C.Nuriyev efirdə bütün Azərbaycan qadınlarından üzr istəyib: “Bununla bağlı artıq üzr istəmişəm və yenə də birinci Qarabağ qazilərindən üzr istəyirəm. Bütün xanımlardan üzr istəyirəm, çünki söhbət bir əlin barmağı qədər olan qadınlardan söhbət gedirdi. Lakin bunu da deməli deyildim. Hər bir qadın mənə əzizdir”.
Qeyd edək ki, sabiq millət vəkili Cümşüd Nuriyevin “Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə yaradılmış bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, hamısı küçə söyüşləri ilə orada idilər” ifadələrini işlətməsi cəmiyyət arasında sərt reaksiyaya səbəb olub.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top