Bakıda baş verən zəncirvari qəzanın görüntüləri yayılıb - VİDEO

Bakının Nizami rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə hadisə şahidləri baku.ws-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, qəza Bakı Nəqliyyat Agentliyinin binası yaxınlığında qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın yol kənarında dayanan “Mercedes” markalı avtomobilə çırpılıb və daha sonra fırlanaraq qarşıda hərəkətdə olan "Range Rover" markalı maşına dəyib.

Qəza nəticəsində avtomobillərə ziyan dəyib, xəsarət alan olmayıb.

Əraziyə Nizami rayon Polis İdarəsinin əməkdaşları və yol polisləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


 

 

DİGƏR XƏBƏRLƏR

Top