
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, iclasda bir sıra məsələlərə baxılıb.
İclasda tanınmış vəkil Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarılıb.
Faktı Vəkillər Kollegiyasından APA-ya təsdiqləyiblər. Bildirilib ki, Ş. Hümbətova barəsində Vəkillər Kollegiyasına şikayət daxil olub. Şikayət araşdırılıb və Ş. Hümbətovanın kollegiyadan çıxarılması ilə bağlı qərar qəbul olunaraq məhkəməyə müraciət olunub.
Eyni zamanda o da qeyd olunub ki, Ş. Hümbətova 6 aylıq üzvlük haqqını da ödəməyib.