Gözləri yaşardan qovuşma - 3 gün sonra torpağın altından çıxdı - VİDEO


İngiltərənin Esseks bölgəsində yaşayan 49 yaşındakı Alan Vitton bir neçə gün öncə itiylə birgə gəzintiyə çıxıb.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, gəzinti zamanı başqa bir it Alanın itinə hücum edib. İt qorxaraq ərazini tərk edib. A. Vitton bütün bölgəni axtarsa da itini tapa bilməyib. 3 gün sonra qonşusu Vittona zəng vuraraq yaxınlıqdakı tülkü yuvasından səslər və qoxunun gəldiyini deyib. Alan təcili gələrək tülkü yuvasından itini səsləyib və əli ilə qazmağa başlayıb. 3 gün sonra itini tülkü yuvasından çıxaran Alanın qovuşma sevinci sosyal mediada gündəm olub. Alan bir daha belə halların baş verməməsi üçün itinə GPS taxacağını bildirib.

İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top