Azərbaycanda satılan ən ucuz və ən bahalı avtomobillər - QİYMƏT + FOTOLAR


Azərbaycanda avtomobil alanların və satanların ən çox müraciət etdikləri ünvan bu sahədə ixtisaslaşmış veb-saytlardır.
Yeniavaz.com
ölkənin aparıcı veb-saytlarına istinadən hazırda satışda olan ən ucuz və ən bahalı avtomobillərin bəzilərini təqdim edir.
Qeyd edək ki, hazırda satışda olan ən ucuz nəqliyyat vasitəsi 1987-ci il istehsalı olan "Moskvich-412" markalı minik avtomobilidir. Mühərrikinin həcmi 1,3 L, yürüşü 21 365 km olan bu avtomobilin qiyməti 750 manat təşkil edir.

Başqa bir ucuz avtomobil isə 1988-ci il istehsalı olan "Renault-21" markalı minik avtomobilidir. Mühərrikinin həcmi 1,2 L, yürüşü 153 079 km olan bu avtomobilin qiyməti 800 manat təşkil edir.

1985-ci il istehsalı olan "LADA (VAZ) - 2106" markalı minik avtomobili də ucuz avtomobillər sırasında yer alıb.  Mühərrikinin həcmi 1,6 L, yürüşü 650 870 km olan bu avtomobilin qiyməti 950 manat təşkil edir.

Azərbaycanda satışda olan ən bahalı nəqliyyat vasitəsi isə 2018-ci il istehsalı olan "Bentley Mulsanne" markalı avtomobildir. Mühərrikinin həcmi 6,5 L, yürüşü 0 km olan bu avtomobilin qiyməti 450 000 avro (842 000 manat manat)  təşkil edir.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top