"Deputatların builki maaşları geri tələb olunmalıdır" - Hüquqşünas


"Deputatların ən azı builki maaşları geri tələb olunmalıdır".
Yeniavaz.com
xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov bildirib. O qeyd edib ki, millət vəkillərinin yarıtmaz fəaliyyətlərini özləri etiraf edirlər: "Üstəlik xalqa vurulan zərərin (səmərəsiz parlament ve nəticeədə səmərsiz qanunvericilik) əvəzini də tələb etmək olar!".
Qeyd edək ki, millət vəkillərinin maaşı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, bu Qanunun 21-ci maddəsi deputatların maddi təminatından bəhs edir. Hazırda Qanunun 21-ci maddəsinə əsasən Milli Məclisin sədri ay ərzində 6187 manat 50 qəpik maaş alır. Sıravi deputatın aylıq maaşı isə 4331 manat 25 qəpik təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top