Dünya erməniləri bu gün Qarabağ üçün ianə toplamağa başlayır


Bu gün axşam Yerevanda “Hayastan” ümumerməni fondunun 12 saatlıq telemarafonu başlayacaq. 

Yeniavaz.com modern.az-a istinadən xəbər verir ki, marafon Dağlıq Qarabağın, Ermənistanın Lori, Tavuş və Şirak bölgələrinin içməli su ilə təmin olunması və günəş energetikasının inkişafı üçün keçirilir.
Telemarafonun ilk 4 saatı Yerevanda, qalan 8 saatı isə Los-Ancelesdən yayımlanacaq. Toplanan ianələrin çox olması üçün Avropa və Cənubi Amerika ermənilərinin də telemarafona dəstək verəcəyi vurğulanıb. “Hayastan” fondu 1992-ci ildə yaradılıb. Fond fəaliyyətə başladığı gündən Ermənistan və Dağlıq Qarabağ bölgəsi üçün 300 milyon dollardan artıq ianə toplayıb. 

DİGƏR XƏBƏRLƏR

Top