“Narkomaniyaya yox deyək!”


Mingəçevir şəhər 10 saylı məktəbdə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib.
Yeniavaz.com xəbər verir ki, nakomaniya əleyhinə keçirilən tədbirdə Mingəçevir şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, Mingəçevir şəhər prokuroru Elmar Camalov, şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov, Mingəçevir Narkoloji Dispanserin həkim- narkoloqu Zeynəb Balakişiyeva və məktəbin 8-9-10-11 ci sinif şagirdləri iştirak edib. Tədbir məktəbin yuxarı sinif şagirdlərinin narkomaniya ilə bağlı çıxışları ilə başlayıb. Daha sonra məkəbin direktoru Xumarə Mikayılova şagirdlərə qonaqları təqdim edib. Bildirib ki, şəhərimizə yeni təyin olunan hüquq-mühafizə orqanlarının rəhbərləri ilk dəfə olaraq 10 saylı məktəbə gəldilər.Daha sonra narkomaniyanın insanlara mənfi təsirindən, onun törətdiyi amansızlıqlardan polis polkovniki Hikmət Qasımov geniş məlumat verərək bildirdi ki, narkomaniyaya qarşı tərəfimizdən geniş mübarizə üsulları həyata keçirilir. Hər kəs zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən xəbərdar olmalıdır:"Biz tərəfimizdən mütamadi olaraq təhsil müəssisələrində bu kimi maarifləndirici tədbirləri həyata keçirəcəyik. Bildirib ki, şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılması ilə mübarizə sahəsindəki tədbirlərin ildən-ilə təkmilləşməsi və gücləndirilməsinin nəticəsi olaraq aşkar edilən cinayət faktlarının sayı, qanunsuz dövriyyədən götürülən narkotik vasitələrin, o cümlədən güclü təsirə malik narkotiklərin çəkisi əhəmiyyətli dərəcədə çoxalmış, bir sıra qrupların yaxalanması ilə nəticələnən uğurlu əməliyyatların, eyni zamanda məqsədyönlü profilaktiki və maarifləndirmə tədbirlərinin keçirilməsi təmin edilmişdir".
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top