Yeni sərəncamla Xırdalanda ancaq bu yol təmir ediləcək - Rəsmi AÇIQLAMA


"Xırdalanın yollarının əsaslı təmirinə yaxın günlərdə başlanılacaq, hazırda bunun üçün hazırlıq işləri gedir".
Bu sözləri Yeniavaz.com-a açıqlamasında  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O qeyd edib ki, Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Xırdalanın bütün yollarına şamil edilmir: "İlkin variantda Heydər Əliyev prospektində 5,1 kilometrlik yolun təmiri nəzərdə tutulur. Növbəti illərdə isə yəqin ki, investisiya proqramları hazırlanıb Xırdalan şəhərindəki digər yolların əsaslı təmiri üçün də sərəncamlar verilər".
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top