YAP-çı deputatların görüşü başa çatdı - YENİLƏNİB


Hazırda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının məlum qərarından sonra YAP-çı deputatlar bir araya gəlib.

Bir neçə dəqiqə əvvəl YAP-çı deputatların müzakirəsi başa çatıb.

Saat 15:00-da isə bununla bağlı mətbuat konfransı keçiriləcək. Jurnalistlər artıq YAP-ın qərargahına toplaşıb. (Qafqazinfo)


***13:53

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının saat 11-ə təyin olunan iclası başa çatıb.

Yeniavaz.com modern.az-a istinadla xəbər verir ki, növbəti iclas bu gün saat 14:00-da keçiriləcək.

Bu iclasa Milli Məclisdə təmsil olunan Yeni Azərbaycan Partiyasından olan deputatlar qatılacaq. YAP-çı deputatların hər birinə toplantıya qatılmaları tövsiyə olunub. 

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq parlamentin buraxılması barədə məsələ qaldıracaq.

Qeyd edək ki, hazırda Milli Məclisdə YAP-ın 69 deputatı fəaliyyət göstərir.

Azərbaycanda son parlament seçkiləri 1 noyabr 2015-ci ildə keçirilib.

Milli Məclisidə 125 deputat yeri var və bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər.

DİGƏR XƏBƏRLƏR

Top