DTX-nın həbs etdiyi şəxsə narkotik ötürülməsinin qarşısı alınıb - FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb. Məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Babayev Vüqar Ədalət oğluna bacısı oğlu Şirvan şəhər sakini Abdullayev Orxan Mehman oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan kələm turşusunun içərisində gizlədilmiş 2 ədəd bükülüdə ümumi çəkisi 3.814 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Vüqar Babayevin də üzvü olduğu mütəşəkkil dəstə 2018-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib. Onlar Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik daşımaqda təqsirləndirilərək məhkum olunublar.

DİGƏR XƏBƏRLƏR

Top