Azərbaycanda insanların mərc oyunları və lotereyalardan nə qədər pul udurlar? - RƏSMİ


Gələn il Azərbaycanda vətəndaşların idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) builkindən daha çox gəlir əldə edəcəyi gözlənilir.
Yeniavaz.com "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının verdiyi rəyə istinadən bildirir ki,  bu il insanlar idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan 160 milyon manat gəlir əldə ediblər. Ötən il bu məbləğ 167 milyon 486 min manat olub. Gələn il isə bu məbləğin 170 milyon manat olacağı proqnozlaşdırılır.
Məlumat üçün bildirək ki, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan 10% həcmində vergi tutulur.

DİGƏR XƏBƏRLƏR

Top