Perunun sabiq baş naziri saxlanılıb


Peruda sabiq baş nazir Cesar Villanueva, Latın Amerika tarixinin ən böyük korrupsiya qalmaqalına görə saxlanılıb.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, Villanueva ABŞ-da Braziliyanın inşaat şirkətinə qarşı başladılmış rüşvət iddiaları ilə bağlı vəzifəsindən sui-istifadə etməyə görə saxlanılıb. İstintaqı aparan prokuror Cesus Fernandez "Twitter"dən paylaşım edərək bunları yazıb:
"Saxlanılanlar şirkətlərə qanunsuz sponsurluq etdiklərinə görə mühakimə olunurlar".
Qeyd edək ki, Brazilyanın inşaat firması olan "Odebrekt"in rəhbərləri ABŞ-da başladılan məhkəmə prosesində 10 latın Amerikası və 2 Afrika ölkəsində yüksək rütbəli məmurlara rüşvət verdiklərini etiraf ediblər.

DİGƏR XƏBƏRLƏR

Top