
Çempionlar Liqasında V tur başa çatıb.
E, F, G və H qruplarında daha 6 matç keçirilib.
G və H qruplarında günün ikinci qarşılaşması oynanılıb. Sonuncu qrupda “Ayaks” “Lill”ə qalib gələrək zirvəni ələ keçirib. Digər matçda “Benfika” ilə heç-heçə edən “Leypsiq” 1/8 finala yüksəlib.
Digər iki qrupun hərəsində 2 matç keçirilib. E qrupunda da hər iki vəsiqə sahibini son turda tapacaq. “Liverpul” “Napoli” ilə heç-heçə sayəsində zirvəni qoruyub. “Zalsburq” isə “Genk”i məğlub edib.
“Barselona” “Borussiya”ya qalib gəlməklə F qrupundan ilk vəsiqənin sahibi olub. “İnter” isə “Slaviya” ilə səfər matçında üç xala sevinib.Qeyd edək ki, növbəti turun oyunları dekabrın 10-11-də keçiriləcək.
Çempionlar Liqası
Qrup mərhələsi
V tur
27 noyabr
E qrupu
00:00. “Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya) – 1:1
Lovren, 65 - Mertens, 21
00:00. “Genk” (Belçika) - “Zalsburq” (Avstriya) – 1:4
Samata, 85 - Daka, 43, Minamino, 45, Hvanq, 69, Haland, 87
| 1 | Liverpul | 5 | 3 | 1 | 1 | 11-8 | 10 |
| 2 | Napoli | 5 | 2 | 3 | 0 | 7-4 | 9 |
| 3 | Zalsburq | 5 | 2 | 1 | 2 | 16-11 | 7 |
| 4 | Genk | 5 | 0 | 1 | 4 | 5-16 | 1 |
00:00. “Barselona” (İspaniya) - “Borussiya” (D, Almaniya) – 3:1
Suares, 29, Messi, 33, Qrizmann, 67 – Sanço, 77
00:00. “Slaviya” (Çexiya) – “İnter” (İtaliya) – 1:3
Souçek, 37 (pen.) – Martines, 19, 88, Lukaku, 81
| 1 | Barselona | 5 | 3 | 2 | 0 | 7-3 | 11 |
| 2 | İnter | 5 | 2 | 1 | 2 | 9-7 | 7 |
| 3 | Borussiya D | 5 | 2 | 1 | 2 | 6-7 | 7 |
| 4 | Slaviya | 5 | 0 | 2 | 3 | 3-8 | 2 |
21:55. “Zenit” (Rusiya) - “Lion” (Fransa) – 2:0
Dzyuba, 42, Ozdoyev, 84
00:00. “Leypsiq” (Almaniya) – “Benfika” (Portuqaliya) – 2:2
Forsberq, 90 (pen.), 90+4 - Pizzi, 20, Vinisius, 59
| 1 | Leypsiq | 5 | 3 | 1 | 1 | 8-6 | 10 |
| 2 | Zenit | 5 | 2 | 1 | 2 | 7-6 | 7 |
| 3 | Lion | 5 | 2 | 1 | 2 | 7-6 | 7 |
| 4 | Benfika | 5 | 1 | 1 | 3 | 7-11 | 4 |
21:55. “Valensiya” (İspaniya) - “Çelsi” (İngiltərə) – 2:2
Soler, 40, Vass, 82 – Kovaçiç, 41, Pulişiç, 50
00:00. “Lill” (Fransa) – “Ayaks” (Niderland) – 0:2
Ziyeş, 2, Promes, 59
| 1 | Ayaks | 5 | 3 | 1 | 1 | 12-5 | 10 |
| 2 | Valensiya | 5 | 2 | 2 | 2 | 7-7 | 8 |
| 3 | Çelsi | 5 | 2 | 2 | 1 | 9-8 | 8 |
| 4 | Lill | 5 | 0 | 1 | 4 | 3-11 | 1 |
Tətbiqimizi yükləyə bilərsiniz